Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-04-2024 , 09:58

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səbail Bələdiyyəsinin bu günü

Bələdiyyələri ziyarətə davam edirəm. Bu dəfə mənim üçün doğma olan Səbail bələdiyyəsində olmağı qərara aldım. Saat on radələrində binaya daxil oluram. Elə vestibüldəcə yaradılmış abu-hava adamı ilk baxışda tutur. Şəhidlərə həsr olunan guşə, fəaliyyətlə bağlı sərgilənən şəkillərlə yanaşı ölkəmizin bayrağı ilə Səbail Bələdiyyəsinin özünəməxsus bayraqlarının sərgilənməsi diqqətimdən yayınmadı. Hər halda ziyarətində olduğum ilk bələdiyyə idi ki, belə bir görüntü ilə qarşılaşırdım. Hər halda bələdiyyənin inzibati binasının  girişində atılan hər bir addımın ölçülüb süzgəcdən keçirilərək həyata keçirilməsi elə ilk baxışda hiss olunur.

Xüsusi ilə qeyd etməliyəm ki, Səbail Bələdiyyəsinin digər bələdiyyələrdən fərqli cəhəti ondan ibarətdir ki, bu bələdiyyənin üzvlərinə ölkənin birinci şəxsi səs verib. Demək, bu bələdiyyənin üzvlərinin məsuliyyəti birə-beş artıq olmalı və onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələriylə çalışmalıdırlar. Məhz bu məsuliyyət hissi bir ara  itirilsə də, artıq 2015-ci ildən başlayaraq  bələdiyyənin ilkin dövrdə formalaşmış nüfuzunun bərpası üçün addımlar atıldı. Hər halda bu gün bələdiyyənin çəki və nüfuzunun artması, sakinlər arasında ciddi bir orqan kimi tanınmasında etiraf etməliyəm ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun da dəstəyinin olması danılmazdır.  Mətləbə keçirəm.

***

Hər kəs iş başında idi. Sədr müavini Səmədağa Aslanovla görüşüb, vergi xidmətini söruşuram.

Vergi xidmətində isə qızğın söhbət gedirdi. Uzun illərdən bəri tanıdığım insanlarla görüşdüm.

Söhbətimizdə  vergi şöbəsinin müdir müavini Fərhad Nəcəfov və şöbənin aparıcı mütəxəssisi Türkan Əliyevanın iştirakı ilə bələdiyyənin vergi xidmətinin  rəhbəri Anar Əhmədovla söhbətə rəqəmlərdən  başlayıram.

Və məlum olur ki, 2021-ci illə müqayisədə bələdiyyənin büdcə gəlirləri iki dəfəyədək artıb. Belə ki,  2021-ci illə il ərzində 676.175 manat əldə edilmişdirsə, ötən il bu rəqəm 1.166.216 manata bərabər olub. Və bu rəqəmlə Səbail Bələdiyyəsi “milyonluq” maneəni keçən Xətai, Nərimanov, Yasamal və Nəsimidən sonra   beşinci bələdiyyə olub.

Hazırda bələdiyyə büdcəsinin əsas gəlir hissəsi mehmanxana rüsumunun ödənişiylə bağlıdır. Yəni büdcə gəlirlərinin 55 faizi məhz bu istiqamətdən daxil olur. Başqa maraqlı və diqqətiçəkən məqam ondadır ki, ölkə bələdiyyələrin mehmanxana rüsumlarıyla bağlı əldə etdikləri maliyyə vəsaitinin 33 faizi, paytaxt bələdiyyələrin isə 42 faiz hissəsini Səbail Bələdiyyəsi əldə edib. Hər halda bu məqamı boyük uğur da hesab etmək olar. Vergi xidmətinin əməkdaşları ancaq bununla kifayətlənək fikrində deyillər. Onların daha böyük uğura imza atmaq niyyətləri var. Bu istiqamətdə konket olaraq sistem qurulduğu məlum olur. O da məlum olur ki, hazırda bələdiyyə   ərazisində  yüzə yaxın mehmanxana var. Onların səksəniylə aparılan maarifləndirici  söhbətlər, danışıqlar nəticəsində artıq sistemli şəkidlə rüsumları vaxtında ödəyirlər. Digər iyirmi bələdiyyənin onu mövsümü xarakterli fəaliyyət göstərir. Əsas yeddi mehmanxana ilə problem olur ki, onunda ən başlıcası “Gəncəli plaza” ilə bağlıdır. Danışıqlar mərhələsi artıq bitib. Prosesə məhkəmə müstəvisində baxılır. Bu sahədə bələdiyyənin qarşılaşdığı əsas problem mehmanxana sahiblərinin şəffalığı təmin etməməsiylə bağlıdır. Gecələməərin sayı gizlədilir, konkert rəqəm deyilmir. Bələdiyyənin isə bu istiqamətdə hər hansı formada sanksiya tətbiq etməsi üçün qanunların icra mexanizmlərindəki boşluqlar imkan vermir. Vergi xidmətinin əməkdaşları bu istqimədə ruhdan düşmürlər. Sonadək gedib büdcə daxilolmalarının həcmini daha da artırmaq niyyətiylə çıxış edirlər.  

Səbail Bələdiyyəsi əmlak və torpaq vergisinin həcmini 2021-ci illə müqayisədə  57 faiz artırıb.  Bu gün bələdiyyə 327 min manatlqı əmlak vergisi, 21 min manatlıq torpaq vergisi toplaya bilib.

Hazırda bələdiyyədə  yenilənmiş BAMS proqramına vergi ödəyicilərinin qeydiyyatı başa çatdırılmaq üzrədir. 2021-ci ildə 12 min vergi ödəyicisi haqqında məlumatlar yerləşdirildiyi halda ötən il bu rəqəm 16 mini keçib.

2023-cü ilin  sonlarından tətbiq edilən yenilik isə vergi xidmət əməkdaşlarının ürəyincə olub. Belə ki, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşəbbüsü və milli bələdiyyə assosiasiyalarının təşkilatçılğı, “Bələdiyyələrin onlayn xidmət“ mərkəzinin iştirakıyla BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyə üçün mühüm rol oynayıb. Cari ildə inteqrasiyanın bununla bağlı büdcə daxilolmalarında irəliləyiş deyil,  sıçrayışın olacağı gözlənilir. Bununla bağlı əlavə olaraq SMS xidməti istifadəyə verilib. 1200 nəfər borclu vətəndaşa borcları haqqında xəbər göndərilib. Bu xidmətdən istfadə büdcə gəlirlərinin artımına səbəb olub. Vergiödəyiciləri bütün hallarda bələdiyyənin fəaliyyətinə daha ciddi şəkildə yanaşmağa başlayıblar. Yeri gəlmişkən, son iki il ərzində külli miqdarda borcu olan 660 vətəndaş haqqında akt tərtib edlərək icra və probasiya şöbəsinə göndərilib. Bələdiyyənin bununla bağlı alacağı 300 min manata yaxındır. Artıq 120 min manatdan artıq vəsait bələdiyyə büdcəsinə köçürülüb.

Hazırda bələdiyyənin ancaq dayancaqlarla bağlı büdcə daxil olmalarında gerilmə hiss olunur. Bu da AYNA-nın bələdiyyəyə vergi ödəməkdən yayınması, müraciətlərə reaksiya verilməməsi və digər səbəblər ucbatından son iki il ərzində bu istiqamətdən büdcə gəlirində 70 min manatlıq azalma müşahidə edilib.

***

Əldə olunan vəsait isə sözsüz ki vətəndaşların problemlərinin həllinə yönəldilir. Bu arada İkinci Qarabağ müharibəsinin veteranı Hüseyn Qurbanov vətəndaş müraciətinə əsasən mənzil baxışı üçün getdiyini deyir. Onunla ayaqüstü söhbətdən məlum oldu ki, hər gün bələdiyyəyə 5-7 nəfər rayon sakini müraciət edir. Bunların əksəriyyəti maddi dəstəyin göstərilməsiylə, bəziləri isə mənzillə bağlı olan məsələlərdir. Bələdiyyə olaraq maliyyə imkanları çərçivəsində edilən müraciətlərə diqqətlə yanaşılır və ən əsası həlli üçün addımlar atılır.

İki saata yaxın davam edən söhbətin belə göz qırpımında keçəcəyini gözləmirdim.

İki saata yaxın davam edən söhbətin belə göz qırpımında keçəcəyini gözləmirdim. Bu gün bir daha şahidi oldum ki,  bələdiyyədə həm vergi-uçot sistemi, həm də işgüzar mühit qurulub və saat mexanizmi kimi işləyir. Bu isə sözsüz ki, sədr Hacı Əliyevin xidməti hesab edilməlidir.

***

Beləliklə, daha bir bələdiyyəni ziyarəti başa vurdum. Gəldiyim nəticə isə belədir: bir vaxtlar məsuliyyətsizliyin höklm sürdüyü illərdən fərqli olaraq, 2015-ci ildən başlayan inkişaf  2024-cü ildə özünün zirvə  nöqtəsinə çatıb.

Bizə bu məqamda bələdiyənin kollektivinə ancaq uğurlar arzulamaq qalır.

 VüqarTofiqli

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər